Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexiya Amerikanın F-35A qırıcılarını ucuz qiymətə ala biləcək

Çexiya Amerikanın F-35A qırıcılarını ucuz qiymətə ala biləcək

Tarix: 15 Sentyabr 2023 10:24

Çexiya ABŞ-dən 24 ədəd səsdən sürətli 5-ci nəsil "Lockheed Martin F-35A Lightning II" qırıcısı alarsa, onlar üçün ilkin təxmin edilən 122 milyard kron (5 milyard avro) dəyərindən təxminən 10 % az ödəyə biləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Yaroslav Miku deyib.

Qırıcı təyyarələrin alınmasına dair müqavilənin təfərrüatları ilə bağlı danışıqlar hələ yekunlaşmayıb. Onun dəqiq qiyməti danışıqlar tamamlandıqdan sonra bəlli olacaq. Mərkəzi Avropa ölkəsi üçün ilk təyyarələr 2029-cu ildə istehsal olunacaq və onların hamısı 2031-ci ildə Çexiyaya çatmalıdır. F-35A "hava-hava" və "hava-yer" raketləri də daxil olmaqla silahlarla tam təchiz olunacaq.

Qırıcılara qulluq edəcək Çexiya uçuş və yer heyətinin hazırlığına 2029-cu ildə başlanacağı gözlənilir. Bu, KİV-in qeyd etdiyi kimi, Amerika tərəfinin hesabına həyata keçirilməlidir ki, bu da istismarın ilk illərində təyyarənin təmiri xərclərini öz üzərinə götürəcək.

Çexiya Hərbi Hava Qüvvələri hazırda İsveçdən icarəyə götürülmüş 14 ədəd səsdən sürətli 4-cü nəsil "Jas 39 Gripen" qırıcılarından istifadə edir. Onlar istismar müddəti 2070-ci ilə qədər müəyyən edilən F-35A ilə əvəz edilməlidir.

Milli.Az


Etiketlər:  Çexiya Amerikanın F 35A qırıcılarını ucuz qiymətə ala biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ