Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 10:52
Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı Hökumət binasından qovmağa söz verirəm.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu Ermənistanın "Ana Ermənistan" blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan bildirib.
"Biz hakimiyyət üçün siyasi dəfn mərasimi keçirəcəyik",-deyə Tevanyan tərəfdarlarına səslənib.
"Bu, müharibə ilə sülh, qələbə ilə məğlubiyyət arasında seçimdir. Əgər indiki hakimiyyət qalsa, o zaman müharibə və məğlubiyyət qaçılmazdır. Paşinyan qalsa, Ermənistan bir neçə gün ərzində subyektivliyini və dövlətçiliyini itirəcək. O, vətən xainidir. Vətən xaini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyandır"- deyə erməni siyasətçi qeyd edib.