Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 17:50
Türk dünyası güclü dövlətçilik ənənəsi ilə yeni bir canlanma yaşayır.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Türk İş Şurasının 10-cu Konqresindəki çıxışı zamanı deyib.
"Türk dünyası inkişafa açıq olan güclü dövlət ənənəsi ilə yeni bir oyanışdadır. Biz mədəni, tarixi, iqtisadi və siyasi əlaqələrimizi gücləndirmək üçün daim çalışırıq. Biz həm öz ölkəmizdə, həm də diasporadakı qardaşlarımız üçün yeni bir dövr açacağıq. Hamımız birlikdə daha çox çalışmalıyıq. İnanıram ki, bu konqres kimi platformalar sosial dalğa yaradacaq. Qısa müddətdə bütün dünyada yaxşı nəticələr əldə edəcəyimizə şübhəm yoxdur. Əsrlərdən bəri davam edən parçalanmalara son qoymağın vaxtıdır. Türk Dünyası olaraq hamımız birləşərək, birlikdə olduğumuz zaman buna nail ola bilərik. Türkiyə olaraq bu istiqamətdə əlimizdən gələni edirik və etməyə də davam edəcəyik",- deyə Ərdoğan bildirib.
Məlumat üçün bildirək ki, bu gün Dünya Türk İş Şurasının 10-cu Konqresi İstanbulda öz işinə başlayıb.