Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Borrelldən İranı məyus edəcək məktub

Borrelldən İranı məyus edəcək məktub

Tarix: 15 Sentyabr 2023 18:34

İrana qarşı sanksiyalar yumşaldılmayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Avropa Birliyinin ali nümayəndəsi Jozep Borrell bildirib.

Borrell qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İrana 2023-cü il oktyabrın 18-dən sonra da sanksiyaların davam etdiriləcəyi barədə məlumat verib.

Qərb hesab edir ki, Tehran nüvə sazişinin şərtlərinə əməl etmir.

O, həmçinin bildirib ki, nazirlərin məktubu İranın nüvə proqramı üzrə sazişin digər iştirakçılarına - Çin, İran və Rusiyaya da göndərilib.

"Koordinator kimi mən nüvə sazişinin bütün tərəfləri ilə gələcək fəaliyyətlərlə bağlı məsləhətləşəcəyəm", - Borrell söyləyib.


Etiketlər:  Borrelldən İranı məyus edəcək məktub


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR