Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüseyn Həsənov gənc kuryerin arzusunu GERÇƏKLƏŞDİRDİ – VİDEO

Hüseyn Həsənov gənc kuryerin arzusunu GERÇƏKLƏŞDİRDİ – VİDEO

Tarix: 15 Sentyabr 2023 22:40

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov nümunəvi addım ilə gündəmə gəlib. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Həsənov Moskvada kuryer kimi çalışan gənc oğlanın arzusunu gerçəkləşdirib.

Dəbdəbəli avtomobilində kuryerlə birgə yol gedərkən Hüseyn gəncdən ən böyük arzusunun nə olduğunu soruşub.

Oğlan cavabında ən böyük arzusunun valideynlərini Həcc ziyarətinə göndərmək olduğunu bildirib. Bunun üçün isə o, gecə və gündüz çalışaraq lazım olan 500 min rubldan (təxminən 8800 manat) 300 min rubl (təxminən 5280 manat) topladığını açıqlayıb. 
Gəncin bu cavabından sonra bloqer ondan bank kartının nömrəsini ona göndərməsini xahiş edib. İrəliləyən dəqiqələrdə Hüseyn məbləğin tam olması üçün çatışmayan 200 min rublu (təxminən 3520 manat) bank hesabına göndərib. Həmin anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onun bu addımı isə izləyiciləri tərəfindən böyük rəğbət və bəyənmə ilə qarşılanıb.


Etiketlər:  Hüseyn Həsənov gənc kuryerin arzusunu GERÇƏKLƏŞDİRDİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ