Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni 1,2 milyonluq lüks avtomobili ilə Moskva küçələrində - VİDEO

Azərbaycanlı müğənni 1,2 milyonluq lüks avtomobili ilə Moskva küçələrində - VİDEO

Tarix: 17 Sentyabr 2023 18:50

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov Moskva küçələrində lüks idman avtomobili ilə görüntülənib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sükanı arxasında əyləşən sənətçi yol kənarında onu gözləyən dostunun yanına "Lamborghini aventador" markalı dəbdəbəli nəqliyyat vasitəsi ilə gəlib.

Küçələrin birində tıxacda qalan Nəvai sərvət dəyərində avtomobili ilə ətrafdakılara "göz dağı verib".

Dostunun çəkdiyi kadrları isə Bəkirov sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. Müğənni bu paylaşımına isə "O buradadır. Küçələrin əfsanəsi Nəvai" sözlərini yazıb. 
Qeyd edək ki, dünyada cəmi 800 ədəd "Lamborghini aventador"dan birinə sahiblənən avtomobilə müğənni 1,2 milyon manat pul ödəyib. 

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni 12 milyonluq lüks avtomobili ilə Moskva küçələrində VİDEO


RƏYLƏR