Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 08:46
UEFA prezidenti Aleksander Çeferin etiraf edib ki, Rusiya milli komandaları və klubları Ukraynada müharibə bitənə qədər Avropa yarışlarına qaytarılmayacaq.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Sportklub" məlumat yayıb.
"Rusiya nə vaxta qədər Avropa rəqabətindən kənarda qalacaq? Ukraynada müharibə bitənə qədər", - Çeferin bildirib.
2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.