Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Biz qürurluyuq, Ağdam yolunun açılmasına razılıq versək də..."

Tarix: 18 Sentyabr 2023 12:08

"Feysbuk qəhrəmanları bizə irad tutur ki, niyə Ağdam yolunun açılmasına razı olduq. Anlamırlar ki, insanlar burada aclıqdan əziyyət çəkir. Üstəlik Gorusda çox böyük humanitar yük karvanı yığılıb qalıb"

Milli.Az bildirir ki, bu sözləri qondarma qurumun rəhbərinin köməkçisi David Babayan deyib.
 
Bərdədəki BQXK-nın yük maşınında İspaniya, İsveçrə, Rusiya istehsalı gigiyena, dərman məhsulları yer alır. 

Biz də Ağdam yolundan həmin məhsulların keçməsinə razılıq verdik ki, Laçın yolu da açılsın. Ağdam yolundan gələn maşının sürücüsü azərbaycanlı deyil. Maşın Azərbaycan nömrəsi ilə deyil. Məhsullar Azərbaycan istehsalı deyil. Biz sadəcə Gorusda ilişib qalan 20 ton unun keçməsi üçün Ağdam yolunun açılmasına razılıq verdik. Nə etməli idik? İnsanların ac qalmasına göz yummalı idik? Biz qürurluyuq. Ağdam yolunun açılmasına razılıq versək də, prinsiplərimizdən dönmədik. Azərbaycan istehsalı məhsul bura daxil olmayacaq".

Milli.Az


Etiketlər:  Biz qürurluyuq Ağdam yolunun açılmasına razılıq versək


RƏYLƏR