Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mina partlayışlarının baş verdiyi yerdən FOTO

Mina partlayışlarının baş verdiyi yerdən FOTO

Tarix: 19 Sentyabr 2023 11:57

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Hovo" markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən terror hadisəsi baş verib. Terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Mina partlayışlarının baş verdiyi yerdən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ