Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 23:24
İran Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani teleqramda bildirib.
"İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyır və hesab edir ki, onun problemləri dialoq yolu ilə həll edilməlidir", - XİN sözçüsü qeyd edib.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin ölkəsinin Qarabağ probleminin həlli üçün "üç üstəgəl üç" formatında görüş keçirməyə hazır olduğunu diqqətə çatdırıb.