Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü” - FOTO

“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü” - FOTO

Tarix: 21 Sentyabr 2023 16:20

"Bir neçə gün öncə dünya şöhrətli müğənni Ququş sevənləri ilə vidalaşıb, sağollaşdı. Bu səbəb məni çox üzdü. Üzdü ona görə ki, Azərbaycan səhnəsində Ququş görünə bilmədi. Özünü bir azərbaycanlı kimi sübut edə bilmədi. Bütün dünya bilir ki, Ququş azərbaycanlıdır. Ququşun qohumlarının içərisində yeganə şəxsəm ki, uşaqlıqdan Ququşu inkar etməmişəm, həmişə Ququş deyib onunla fəxr etmişəm. Çox-çox sevmişəm, sevəcəyəm də. Onun adını eşidəndə ürəyim parçalanır."
 
Bunu moderator.az-a açıqlamasında dünya şöhrətli müğənni Ququşun azərbaycanlı qohumu Ruanna Məmmədova deyib. O daha sonra Ququşla qohumluq əlaqələrindən danışıb.

"Ququşun əsl adı Faiqə Atəşidir. O mənim anamın doğma xalası qızıdır. Çox təəssüflənirəm ki, anam onunla görüşmədən dünyasını dəyişdi. Qohumluq əlaqələrimiz üzlüb, amma itməyib. Hələ ki, mən varam. Mənim nənəm Qüdrət onun doğma xalasıdır. Mənim adımı da məhz o qoyub. Ququş əslən iranlı yox, gəncəlidir. Gəncədən olan Qulu Süphinin nəvəsidir. Onun atasının adı Sabir olub. Sayılıb-seçilən peyğəmbər nəslindəndir. Anası Nəsrin atası Sabirlə Gəncədə tanış olub evləniblər. Bu evlilikdən təkcə Ququş dünyaya gəlib. Anası sonradan ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən iki qızı dünyaya gəlib. Ququşun bacısı Röya əvvəllər Fransada yaşayırdı. İndi o da artıq Amerikadadadır. Ququşun oğlu dünyada məşhur idmançılardandır. Özünün fitnes klubu var. Nəvəsi modeldir. Çox vaxtlar kinolarda da çəkilir" deyə o bildirib.
 
Ruanna xanım qohumlarının Ququşdan imtina etməsinin səbəblərindən də danışıb.
"Ququş 18 yaşından İran şahının şəxsi müğənnisi olub. Onların sevgili olduğu iddiaları yayılandan sonra ailəsi ondan üz döndərib. O da qohumlarından imtina edib. Hətta doğma bacı-qardaşlarından da. Bir də çəkildiyi "Uzun gecə" filmi də qohumları ilə arasına soyuqluq gətirib. Çünki filmdə biləvasitə Ququşun həyatı təsvir olunub. Hətta anası rəhmətə gedəndə onu İrana buraxmayıblar. Yaşa dolmuşuq indi hamı bir-birini görmək istəyir. "Ayrılıq" mahnısını eşidəndə gözlərim dolur" deyə Ruanna xanım bildirib.
 


Etiketlər:  Ququş anamla xalaqızıdır səhnədən getməsi məni çox üzdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ