Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günay Gürcüstanda ev alıb - VİDEO

Günay Gürcüstanda ev alıb - VİDEO

Tarix: 22 Sentyabr 2023 12:50

"Seriala çəkiləcəyəm, ssenarisini oxuyuram. Əvvəl də bir serial təklifi almışdım, amma küsdüm, imtina etdim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Türkiyədə yaşayan model Günay Musayeva "Maqazin haber"ə açıqlamasında deyib. Model yaxın günlərdə seriala çəkiləcəyini açıqlayıb.

Tez-tez Gürcüstana gedən Günay oradan ev aldığını etiraf edib:

"Köçmədim, amma gedib-gəlirəm. Gürcüstanda da evim var. Ayın bir həftəsini mütləq orada qalıram. Amma digər günlərini Türkiyədə və başqa xarici ölkələrdə keçirirəm".

Türkiyədəki modellərdən danışan Musayeva bir çox məşhurun artıq gündəmdə olmamasından bəhs edib:

"Bəzi modellər model peşəsini bitirib. Əvvəlki hal qalmayıb. Mən daha çox xaricdə podiumlara çıxıram. Türkiyədə əvvəlki kimi deyil. Özləri adiləşdirir. Hər kəs öz işinə hörmət edərsə, daha gözəl olar. Xaricdə daha çox ciddilik var. Türkiyədə isə kim kiminsə tanışıdırsa, önə keçirilir. Bu da peşədən soyumağa səbəb olur. Xaricdə isə sənin bacarığına baxırlar. İndi yarışmalar, mükafatlandırmalar maddiyatla baş tutur. Hər kəs "şahzadədir", haqqı olmayan yarışmanı qazanır. Artıq "Miss Turkey" və digər yarışmaların mənası qalmayıb".

Milli.Az


Etiketlər:  Günay Gürcüstanda alıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ