Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 16:20
Rusiyanın "Vaqner" özəl hərbi şirkəti Ukraynadakı döyüş əməliyyatları bölgəsinə qayıdıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, u barədə rusiyalı hərbi müxbir Yuri Kotenok "Telegram" kanalında mənbələrə istinadən məlumat verib.
Onun sözlərinə görə, özəl hərbi şirkətin döyüşçüləri Xerson vilayətində görüntüləniblər. Kotenok qeyd edib ki, bu məlumat hazırda "Gizli" qrifi altındadır. Rusiya Müdafiə Nazirliyi isə məlumatla bağlı şərh verməyib.
"Bir sıra mənbələr "Vaqner" qruplarının hazırda Xersondakı döyüş bölgəsinə gəldiyini təsdiqləyirlər. Birləşmənin hücum qoşunları sektorlar üzrə paylanırlar. Təfərrüat hələ məlum deyil, məlumat "Gizli" qrifi altında saxlanılır", - deyə Kotenok bildirib.
Hərbi müxbir, həmçinin "Vaqner"in hazırda qələbə qazanması üçün Rusiyaya lazım olduğunu da qeyd edib.