Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kılıcdaroğluna CİDDİ SUAL: “Qarabağla bağlı niyə susursunuz?”

Kılıcdaroğluna CİDDİ SUAL: “Qarabağla bağlı niyə susursunuz?”

Tarix: 22 Sentyabr 2023 23:57

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi) prezidenti professor Aygün Attar Cümhuriyyət Xalq Partiyasını (CHP) və partiyanın sədri Kamal Kılıçdaroğlunu Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bağlı səssiz qalmasına görə tənqid edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Aygün Attar X (Twitter) sosial şəbəkəsində etdiyi paylaşımına CHP-ni və sədr Kılıçdaroğlunun adını etiketləyərək bunları yazıb:

"Can Azərbaycan günlərdir dünyanın gündəmindədir. Qarabağda antiterror tədbirləri çərçivəsində əməliyyatlar keçirilib. Konstitusiya quruluşuna qarşı üsyan edən terror təşkilatının kökünü kəsmək üçün can verən şəhidlərimiz var. "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyib böyük Atatürk. İndi Atatürkün buraxdığı partiyaya  sözün əsl mənasında "çökən", özünü ana müxalifət adlandıran CHP-dən səs çıxmır. Kılıçdaroğlu bir kəlmə belə dillənmədi. Avropadan Macarıstan Azərbaycanın haqlı davasını  dəstəklədiyi halda, Türkiyənin "Ana müxalifəti" kardır, eşitmir. Ayıb olsun!

Maraqlıdır, CHP və Kamal Kılıçdaroğlu, görəsən, "Ana müxalifət" olaraq niyə günlərdir ki, Türk torpağı Qarabağda Ermənistanın qanunsuz silahlı qüvvələrinə qarşı Azərbaycanın həyata keçirdiyi haqq işi ilə bağlı bir kəlmə də olsun açıqlama vermirsiniz? Atatürkün qurduğu Partiyanın altı əsas prinsipindən biri olan millətçilik oxu sizə heç vaxt dəymədimi? Atatürkçülüyü illərdir sui-istifadə edirsiniz. Dövrün və sovetlərin yaratdığı çətinliklərə baxmayaraq, Atatürk heç vaxt İbrahim Əbilovu yanından ayırmadı! Siz kimə və nəyə xidmət edirsiniz? Partiyanızdakı terrorsevərləri qəzəbləndirməmək üçün Qarabağ hadisələri qarşısında ölüymüş kimi davranmağınızın hesabını Türk milləti sizə seçki sandıqlarında ödədəcək!"

Aygün xanım qeyd edir ki, Kılıçdaroğlu rəhbərlik etdiyi partiyanın hamının təşkilatı adlandırır: "Əslində isə CHP-nin hamının deyil, "bəzilərinin" partiyası olduğu açıq-aydın görünür. Azərbaycanın dövlət və millət olaraq Ərdoğan sevgisini anlamaqda çətinlik çəkdiyini deyən CHP-li dostlarıma dedim ki, istər 2-ci Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonra cənab Ərdoğanın Azərbaycana münasibətinə baxın. BMT tribunasından Qərbin erməni diasporunun təxribatı ilə Azərbaycanı ittiham etdiyi bir mühitdə Ərdoğan bütün dünyaya "Qarabağ Azərbaycan torpağıdır" dedi və o, "Bir millət, iki dövlət" ideyasını müdafiə edən liderdir.  Kılıçdaroğlu  isə Türkiyədə prezident seçkilərində Azərbaycanı "Türk Qapısı" layihəsindən kənarlaşdırmaq istəyən və müşaviri tərəfindən Azərbaycanın Qarabağ müharibəsində Ermənistana qarşı "muzdlu partizan" döyüşü apardığını iddia edən şəxsdir. Bu fərqli münasibətə qiymət verməyi böyük türk millətinin ixtiyarına verirəm. CanAzerbaijan ÜrəkTürkiyə deyənlərə salam olsun".

Milli.Az


Etiketlər:  Kılıcdaroğluna CİDDİ SUAL Qarabağla bağlı niyə susursunuz


RƏYLƏR