Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rumıniya əlavə 4 ədəd “F-16” təyyarəsi əldə edib

Rumıniya əlavə 4 ədəd “F-16” təyyarəsi əldə edib

Tarix: 23 Sentyabr 2023 08:26

ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin (USAFE) 100-ə yaxın hərbi qulluqçusu və 4 ədəd "F-16" təyyarəsi Rumıniyanın Borçe şəhərindəki (Keleraşi mahalı) "Leytenant George Moçornitse" aviabazasına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ hərbçiləri gücləndirilmiş hava polisi missiyalarını yerinə yetirəcək, həmçinin Rumıniya Hərbi Hava Qüvvələrinin hərbçiləri və "F-16" təyyarələri ilə təlimlər keçirəcək.

ABŞ qırıcılarının Rumıniyaya gəlişi ölkə ərazisində üç dəfə mənşəyi hələ də müəyyən edilməyən PUA qalıqları aşkar edildikdən sonra baş tutub. ABŞ Dövlət katibi Entoni Blinken bir müddət əvvəl NATO-nun hava polisinin Rumıniyanın hava məkanının mühafizəsi üzrə missiyasını gücləndirmək məqsədilə ABŞ-ın Rumıniyaya əlavə qüvvələr göndərəcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Rumıniya əlavə ədəd təyyarəsi əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ