Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serxio Ramos La Liqanın tarixinə düşdü

Serxio Ramos La Liqanın tarixinə düşdü

Tarix: 23 Sentyabr 2023 15:38

İspaniyanın "Sevilya" klubunun futbolçusu Serxio Ramos La Liqanın tarixinə düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən məlumatına görə, 37 yaşlı müdafiəçi V turda "Las Palmas"la (1:0) görüşdə meydana çıxaraq buna nail olub.

Ramosun "Sevilya"nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.

Ulduz futbolçu 17 il 216 gündən sonra "Vilyarreal"a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.

Milli.Az


Etiketlər:  Serxio Ramos La Liqanın tarixinə düşdü


RƏYLƏR