Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parisdə polis zorakılığına qarşı etirazlar başladı

Parisdə polis zorakılığına qarşı etirazlar başladı

Tarix: 23 Sentyabr 2023 23:12

Fransanın paytaxtı Parisdə polis zorakılığına və irqçiliyə qarşı nümayiş keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, etirazçılar Şimal vağzalından şəhərin şərqindəki Bastiliya meydanı istiqamətində yürüş ediblər.

Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.

Polis bu aksiyada 4-5 min adamın iştirak edəcəyini bəyan edib. Ümumilikdə ölkə daxilində 30 minə qədər etirazçı küçələrə çıxa bilər.

"Le Parisien" qəzetinin məlumatına görə, hakimiyyət Fransa şəhərlərinin küçələrində asayişi qorumaq üçün 30 minə qədər polis və jandarm cəlb etmək niyyətindədir.

Milli.Az


Etiketlər:  Parisdə polis zorakılığına qarşı etirazlar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ