Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əzələ və sümüklərin ağrımasının səbəbi bilindi

Əzələ və sümüklərin ağrımasının səbəbi bilindi

Tarix: 24 Sentyabr 2023 03:57

D vitamini əskikliyinin bədəndə xoşagəlməz və ağrılı simptomları açıqlanıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, nutrisoloq Yuliya Savelyeva soyuq aylarda D vitamin əlavəsi qəbul etməyin vacibliyini bildirib.

"D vitamini əskik olanlar qrupuna hamilələr, südverən analar, açıq havada az olanlar, xəstələr, yaşlılar, uşaqlar, vegeterianlar, zəif qidalananlar və öd kisəsi əməliyyat olunanlar daxildir.

Bəzən insanlarda depressiya, əhvalsızlıq, sümük, əzələ ağrıları olur və bunu başqa səbəblərə yozurlar.

Əgər sizdə bu əlamətlər varsa, deməli D vitamini əskikdir.

- Tez-tez əhvalın pisləşməsi
- İştahın itməsi

- Əzələlərdə qıcolmalar, ağrı
- Yuxusuzluq

- Həyəcan, təşviş
- Sümüklərdə ağrı

Özünə nəzarəti itirənlərdə qanda bu vitamin çox aşağıdır. D vitamini əlavəsi ilə yanaşı ət, süd məhsulu, yağlı balıq, balıq qaraciyəri və yumurta sarısı yemək lazımdır".


Etiketlər:  Əzələ sümüklərin ağrımasının səbəbi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ