Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyuqların nə dediklərini başa düşmək olacaq - Süni İntellektin gücü

Toyuqların nə dediklərini başa düşmək olacaq - Süni İntellektin gücü

Tarix: 24 Sentyabr 2023 15:08

Tokio Universitetinin professoru Adrian David Çeokun rəhbərlik etdiyi komanda toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem yaradıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yaponiyadan olan araşdırma qrupu süni intellektlə toyuqların qaqqıltı səsini tərcümə etməyin yolunu tapdıqlarını iddia edir.

"Deep Emotional Analysis Learning" ("Dərin Emosional Analizlərin Öyrənilməsi") adlanan son texnologiya süni intellektdən istifadə etməklə aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və gərginlik kimi duyğuları tərcümə edir. Sistem 6 fərqli emosional vəziyyəti 80 faiz dəqiqliklə açıqlaya bilir.

Araşdırmada 80 toyuqdan alınan səs nümunələri təhlil edilib. Təxminən 200 saatlıq səsyazmaları araşdırılıb və 100 saatlıq bir nümunə əldə edilib. Komanda üzvləri bu səs yazılarını alqoritmlə birləşdiriblər.

Səkkiz heyvan psixoloqu və baytar həkimi ilə əməkdaşlıq edən tədqiqatçıların fikrincə, sistem toyuqların psixi vəziyyətlərini təəccübləndirəcək dərəcədə dəqiqliklə müəyyən edə bilir.

"Nəticələrimiz göstərir ki, toyuqların səs siqnallarına əsasən, onların emosional vəziyyətlərini bilmək üçün süni intellektdən istifadə edə bilərik", - deyə tədqiqat qrupu bildirib.

Qrupun fikrincə, heyvanların nə hiss etdiyini bilmək onlar üçün daha yaxşı bir dünya qurulmasına imkan verər.

Milli.Az


Etiketlər:  Toyuqların dediklərini başa düşmək olacaq Süni İntellektin gücü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ