Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi keçmiş sevgilisinin üzərinə benzin tökərək yandırdı

Kişi keçmiş sevgilisinin üzərinə benzin tökərək yandırdı

Tarix: 25 Sentyabr 2023 18:48

Rusiyalı kişi qısqanclıq zəminində keçmiş sevgilisinin üzərinə benzin tökərək yandırıb. Fövqəladə hadisə Serpuxovda baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə, postsovet respublikalarından birində doğulan 49 yaşlı şəxs 38 yaşlı keçmiş sevgilisini binanın giriş qapısının qarşısında gözləyib. Mübahisədən sonra kişi qadının üzərinə benzin tökərək yandırıb və gözdən itib. Qadın xəstəxanaya çatdırılıb və hazırda ağır yanıq xəsarətləri ilə reanimasiyadadır.

Qonşuların dediyinə görə, cütlük iki uşaq böyüdüb və aralarında tez-tez qalmaqallar baş verib.

Həmin şəxs axtarışa verilib. Faktla bağlı xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Kişi keçmiş sevgilisinin üzərinə benzin tökərək yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ