Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ erməniləri insan deyillər - Baqdasaryan

Qarabağ erməniləri insan deyillər - Baqdasaryan

Tarix: 26 Sentyabr 2023 12:34

Erməni bloger Roman Baqdasaryan Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi erməniləri kin və qeyri-insanilikdə ittiham edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

"Bütün günü qarabağlılarla ünsiyyətdə oluram. Bu gün anladığım bir şey odur ki, kin bir çox insanın ruhunu yeyib. Arxa oturacağı hər cür zibillə doldurun və azyaşlı uşağı olan tək ananı özünüzlə aparmaqdan imtina edin. Bu nədir? Qoxulu yorğanlar qonşudan və canlı insandan daha vacibdir? Əsəbdən titrəyirəm! Özünü necə apardığını başa düşürsən? Ermənistanda sənə yüz yorğan verəcəklər! Gəlin, insan olaq!" - Baqdasaryan qeyd edib.

Qeyd edək ki, bir müddət sonra o, bu yazını silib.

Milli.Az


Etiketlər:  Qarabağ erməniləri insan deyillər Baqdasaryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ