Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 13:48
ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir:
"Bu, Dövlət katibi Blinkenin ötən cümə günü Nyu Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri idi. Bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur".