Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 10:24
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycanda yeni və geniş yol infrastrukturu layihəsi həyata keçirilir.
Trend-in məlumatına görə, pitstop adlı layihə ötən ildən start götürüb. Yol kənarlarında quraşdırılacaq pitstopların (dayanacaqlar) bir neçə istiqamətdə quraşdırılması nəzərdə tutulub. İlkin mərhələdə bu tip dayanacaqlar Gürcüstan, Rusiya və İran istiqamətlərindəki yollarda inşa ediləcək. Növbəti mərhələlərdə isə turistik istiqamət olan Qəbələ yolu üzərində yerləşdiriləcək.
Sözügedən pitstopların sayı ümumilikdə 50 ədəd olacaq və bu məkanlarda istirahət, qidalanma və turistik məlumatlandırma yerləri nəzərdə tutulub. Layihəni Azərbaycanda Latviyanın özəl memarlıq şirkəti həyata keçirir.
Qeyd edək ki, pitstoplar Formula 1 yarışlarında bolidlərin finiş xəttinə uğurlu şəkildə çatması üçün nəzərdə tutulur. Azərbaycanda da pitstopların sırf yol kənarlarında tikilməsi ona görə nəzərdə tutulub ki, səyahət edən şəxslər bu pavilyonlardan istifadə edərək rahat şəkildə mənzil başına çata bilsinlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin