Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbii fəlakət 7 nəfərin həyatına son qoydu

Təbii fəlakət 7 nəfərin həyatına son qoydu

Tarix: 26 Sentyabr 2023 15:02

Meksikanın qərbindəki Xalisko ştatında baş verən sürüşmə nəticəsində yeddi nəfər ölüb, doqquz nəfər itkin düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli mətbuat xəbər verib.

Qeyd olunub ki, sürüşməyə səbəb bölgəyə dünəndən etibarən yağmağa başlayan güclü yağış olub.

Hazırda təbii fəlakətin aradan qaldırılması və itkin düşənlərin axtarışları davam etdirilir.

Milli.Az


Etiketlər:  Təbii fəlakət 7 nəfərin həyatına son qoydu


RƏYLƏR