Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsullar kəskin bahalaşdı - 5 manata satılır

Bu məhsullar kəskin bahalaşdı - 5 manata satılır

Tarix: 26 Sentyabr 2023 16:36

Azərbaycanda kənd təsərrüfatı məhsullarında ciddi bahalaşma qeydə alınıb.

Milli.Az bildirir ki, qaynarinfo-nun məlumatına görə, ən ciddi artım pomidorun qiymətində müşahidə edilir.

Bazarda 1 kiloqram pomidorun qiyməti alıcılara 4,5-5 manata təklif edilir. Bu ötən həftə ilə müqayisədə 100 faiz qiymət artımı deməkdir.

Qiymət artımı digər meyvə və tərəvəz məhsullarında da müşahidə edilir.

Üzümün qiyməti 1.5 qəpikdən 3 manata, alma, armud, heyva, narın qiyməti 2 manatdan yüksəkdir.

Milli.Az


Etiketlər:  məhsullar kəskin bahalaşdı manata satılır


RƏYLƏR