Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadı Vardanyana görə erməniləri “dua etməyə” çağırdı

Arvadı Vardanyana görə erməniləri “dua etməyə” çağırdı

Tarix: 27 Sentyabr 2023 15:38

Sentyabrın 27-də "Laçın" dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Ruben Vardanyan saxlanılıb. Ruben Vardanyanın saxlanılması ilə bağlı onun həyat yoldaşı Veronika Zonabend bəyanat yayıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Zonabend açıqlamasında bildirib ki, əri sentyabrın 27-də səhər saatlarında saxlanılıb:

"Bu gün səhər, ərim, xeyriyyəçi, iş adamı və keçmiş "dövlət naziri", Ruben Vartanyan Qarabağı tərk etmək istəyərkən Azərbaycanın hakimiyyət orqanları tərəfindən həbs olunub".

Veronika Zonabend hamıdan həyat yoldaşının sərbəst buraxılmasında kömək etməyi xahiş edib. O, erməniləri Ruben üçün dualar etməyə çağırıb.  

Milli.Az


Etiketlər:  Arvadı Vardanyana görə erməniləri dua etməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ