Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçumuz Bolqarıstanda qol vurdu, əsgər salamı verdi - VİDEO

Futbolçumuz Bolqarıstanda qol vurdu, əsgər salamı verdi - VİDEO

Tarix: 29 Sentyabr 2023 00:26

Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Krumovqrad"la qarşılaşıb.

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal Hüseynov da Kırcalı derbisinin iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Gənc oyunçu komandasının ilk qolunun müəllifi olub. Millimizin üzvü qol sevincini əsgər salamı ilə qeyd edib. O, qolunu antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçularımıza həsr edib. 9 oyun keçirən "Arda" 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Milli.Az


Etiketlər:  Futbolçumuz Bolqarıstanda qol vurdu əsgər salamı verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ