Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 16:20
ABŞ Prezidenti Co Bayden Donald Trampı və onun tərəfdarlarının təsis etdiyi "Amerikanı yenidən möhtəşəm et" (MAGA) hərəkatını demokratiya üçün təhlükə adlandırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o bu barədə Arizonada çıxışı zamanı bəyan edib.
"Hazırda ABŞ-də təhlükəli şeylər baş verir. Demokratiyamızın əsas prinsiplərini bölüşməyən MAGA adlı bir hərəkat mövcuddur", - deyə C.Bayden vurğulayıb.
C.Bayden bir qədər də irəli gedərək vurğulayıb ki, hazırkı Respublikaçılar Partiyası MAGA hərəkatının prinsiplərini rəhbər tutur.
"Əgər onların ideyaları həyata keçərsə, ABŞ-nin demokratiya təsisatları köklü şəkildə dəyişikliyə məruz qalacaq", - deyə C.Bayden bildirib.