Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveçdən Rusiya ilə bağlı qadağa

Norveçdən Rusiya ilə bağlı qadağa

Tarix: 30 Sentyabr 2023 00:30

NATO üzvü Norveç Ukrayna-Rusiya müharibəsi səbəbiylə Avropa Birliyinin (AB) tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya nömrəli minik avtomobillərinin ölkəyə giriş-çıxışını qadağan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Norveçin xarici işlər naziri Anniken Huitfeldt açıqlama verib.

Müvafiq olaraq, Rusiya ilə təxminən 198 kilometr uzunluğunda sərhədi paylaşan Norveç, oktyabrın 2-də gecədən 9 və ya daha az yer tutumlu minik avtomobillərinin ölkəyə giriş-çıxışını dayandıracaq.

Rusiyada daimi yaşayış yeri olan Norveç vətəndaşları və onların ailə üzvləri xəstəlik, ölüm və dəfn kimi hallarda qadağadan azad ediləcək.

Rusiya dövlət nömrə nişanlı mikroavtobuslar və avtobuslar iki ölkə arasında yeganə keçid məntəqəsi olan Storskoq qəsəbəsindən hərəkətini davam etdirəcək.

Avropa İttifaqı Komissiyasının 8 sentyabr tarixli qərarı ilə Rusiya Federasiyasında qeydiyyatda olan minik avtomobillərinin Estoniya, Latviya, Litva, Finlandiya və Polşa da daxil olmaqla 27 üzv ölkənin sərhədlərindən keçməsinin qarşısı alınıb.

Milli.Az


Etiketlər:  Norveçdən Rusiya ilə bağlı qadağa


RƏYLƏR