Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də torpaq qırılması qeydə alınıb

ABŞ-də torpaq qırılması qeydə alınıb

Tarix: 30 Sentyabr 2023 07:38

ABŞ-nin cənub-qərbində bir neçə ştatda nəhəng torpaq qırılması qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, söhbət Arizonada ümumi uzunluğu 272 km olan çatlardan gedir. Eyni zamanda, bu cür qırılma Yuta və Kaliforniyada da aşkar edilib.

Torpaq qırılmasının əsas səbəbi insanların yeraltı sulardan istifadə etməsidir ki, o da süxurların çökməsi və torpağın yerdəyişməsi ilə nəticələnir. Qrunt suları dünyanın əsas şirin su mənbələrindən biridir və suvarma ehtiyacının təxminən 40%-ni təmin edir.

Geoloq Cozef Kukun sözlərinə görə, qırılma, adətən dağlar arasında baş verir, onlar evlərə, yollara, kanallara və bəndlərə zərər verə bilər, həmçinin insanların həyatını təhlükəyə atır.


Etiketlər:  ABŞ torpaq qırılması qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ