Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa: ''Neftçi'' səfərdə ''Turan Tovuz''u məğlub edib

Premyer Liqa: ''Neftçi'' səfərdə ''Turan Tovuz''u məğlub edib

Tarix: 30 Sentyabr 2023 19:16

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki,günün ilk matçında "Turan Tovuz" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "ağ-qaralar" 4-cü pilləyə yüksəlib. Meydan sahibləri isə 11 xalla hələlik beşinci sıradadır.

Qeyd edək ki, saat 18:00-da başlayacaq matçda "Səbail" "Sabah"ı qəbul edəcək. Ötən gün açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.


Etiketlər:  Premyer Liqa Neftçi səfərdə Turan Tovuzu məğlub edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ