Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2023 23:15
Özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla nişanlanan şoumen Mehmet Əli Ərbilə ailəsi etiraz edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, keçmiş həyat yoldaşları və övladları onun evlənməyini istəmir.
66 yaşındakı Ərbilin övladları Əli Sadi və Yasmin Erbil, eyni zamanda keçmiş xanımı Muhsine Şehnaz Kamiloğlu, Tuğba Coşkun nikahın baş tutmaması üçün əlindən gələni edəcəklərini bildirib.
Əli Sadi "Evlənə bilməzsən, mən bacı və ya qardaş istəmirəm" deyə, atasına şərtqoyub.
Digər tərəfdən isə Ərbilin nişanlısına bağışladığı üzüyün qiymətinin 100 min dollar olması ailəsini narazı edib. Şoumen isə üzüyə ancaq 10 min dollar ödədiyini açıqlayıb.