Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naringinin faydalarını bilin - Xəstəlik riskini azaldır

Naringinin faydalarını bilin - Xəstəlik riskini azaldır

Tarix: 1 Oktyabr 2023 01:33

Hər kəsin bildiyi kimi, meyvə yemək çox faydalıdır. Sağlamlığımız üçün çoxlu meyvə qəbul etmək vacibdir. Əks halda, insanların orqanizmi xəstəliklərə qarşı mübarizə apara bilməyəcək.

Əsasən də payız və qış aylarında immum sistemini gücləndirmək üçün buna daha çox diqqət yetirilməlidir.

Bu səbəblə xüsusilə bu aylarında naringi, portağal, qreypfrut və limon kimi meyvələrin istifadəsi çox əhəmiyyətlidir.

Naringi payızda yetişməyə başlayan və xüsusilə, qışda geniş şəkildə istifadə edilən meyvələrdəndir. Naringi xüsusilə mövsümündə yeyildikdə çox faydalıdır. Buna görə də naringinin faydaları saymaqla bitməyəcək qədər çoxdur. Bilinən faydalarla yanaşı, onlarla bilinməyən faydaları olan naringi tərkibindəki vitaminlər sayəsində sağlamlığa dost olan meyvələrdəndir.

Sonxeber.net yenisabah.az- a istinadən  naringinin faydalarını təqdim edir:

SOYUQDƏYMƏNİN QARŞISINI ALIR

Sitrus meyvələri sırasında yer alan naringi soyuqdəymə riskini azaldaraq xəstələnmənin qarşısını alır. Bundan əlavə, naringi bir çox başqa xüsusiyyətlərə malikdir. Tərkibindəki C vitamini sayəsində soyuqdəyməyə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.

İMMUNİTETİ GÜCLƏNDİRİR

İmmunitet siteminin zəifləməsinə səbəb olan bir çox amillər var. Xüsusən də stress və qidalanma kimi faktorlar immum sisteminin zəifləməsinə və insanların xəstələnməsinə səbəb olur. Naringi C vitamini ilə zəngin meyvə olaraq immuniteti gücləndirir və xəstəlik riskini azaldır.

XƏRÇƏNGDƏN QORUYUR

Naringi hüceyrələrdə meydana gələn zədələnmə prosesini boğur. Beləliklə, insanları bir çox xərçəng növlərindən qorumağa kömək edir. Naringinin tərkibində olan fitokimyəvi maddələr orqanizmdə antikanserogen xüsusiyyətlər yaradır. Antikanserogen xüsusuiyyətləri sayəsində normal hüceyrələrin xərçəngə çevrilməsinin və şişlərin böyüməsinin qarşısını alır. Son illərin ən çox rast gəlinən xəstəliklərindən biri olan xərçəngdən orqanizmi qorumaqda çox təsirli bir meyvədir.

QAN TƏZYİQİNİ TƏNZİMLƏYİR

Naringidəki yüksək kalium və aşağı natrium qan təzyiqini tarazlamağa kömək edir. Duz istifadəsinin azadılması, kaliumla zəngin tərəvəz və meyvələrin qəbulu qan təzyiqinin tənzimlənməsində çox ciddi rol oynayır.

GÖZ SAĞLAMLIĞINI DƏSTƏKLƏYİR

Göz sağlamlığı üçün ən vacib amil qidalarda karotenoidlərin olmasıdır. Karotenoidlərin kifayət qədər qəbulu göz sağlamlığını dəstəkləyir. Naringi A vitamini və karetonoidlərlə zəngin bir meyvə olduğu üçün gözü Sarı ləkə (makula degenerasiyası) xəstəliyindən qoruyur. Bu xəstəlik mərkəzi görmə üçün məsuliyyət daşıyan torlu qişa xəstəliyidir. Xəstəlik 55 yaşdan yuxarı insanlarda olduqca tez-tez baş verir və inkişaf etdikdə görmə itkisinə səbəb ola bilər.

Eyni zamanda, naringi gözdəki təzyiqi azaldaraq, göz sağlamlığına qoruyucu təsir göstərir.

DƏRİNİ QİDALANDIRIR

Dərimiz xüsusi olaraq bir çox xarici faktorlar tərəfindən zədələnir. Naringi dəridə sərbəst radikalların zərərini azaltmağa kömək edən qidadır.

NARİNGİ YEYƏRKƏN NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

Hər meyvə və tərəvəzlərdə olduğu kimi, naringi də ehtiyatla istifadə edilməlidir. Bir anda 2 porsiyadan çox naringi yeyilməsinin sağlamlığa fayda etməkdən daha çox zərərli təsiri var. Bir oturuma həddindən artıq meyvə yemək qan şəkərini yüksəldir. Həmçinin qarın nahiyəsində və qaraciyərdə piylənməyə səbəb olur.


Etiketlər:  Naringinin faydalarını bilin Xəstəlik riskini azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ