Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2023 17:04
"Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq öz yerini tutub".
Sonxeber.net report-a istinadən xəbər verir ki, unu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Uzatdığımız dostluq əlini tutan hər kəslə bu yolda ortaq maraqlar istiqamətində addımlamaqdan məmnun olarıq. Son vaxtlar bu istiqamətdə bir çox mühüm uğurlu addımlar atmışıq", - Ərdoğan vurğulayıb.
"Ölkəmizin ətrafında sülh və əmin-amanlıq zonası yaratmaq məqsədimizdə ciddi irəliləyişlər əldə etmişik. Regional inteqrasiya layihələri ilə əməkdaşlığımızı dərinləşdirməyə çalışdıq. Bunlara yenilərini əlavə etməyə hazırıq", - Türkiyə lideri əlavə edib.