Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşalı qonaq: Məhz bu marafonda iştirak etmək üçün Bakıya gəlmişəm

Polşalı qonaq: Məhz bu marafonda iştirak etmək üçün Bakıya gəlmişəm

Tarix: 5 May 2019 09:56

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı marafonu çox gözəl təşkil olunub. Mən məhz bu marafonda iştirak etmək üçün Bakıya gəlmişəm.

Bunu Trend-ə "Bakı Marafonu-2019"da iştirak etmk üçün ölkəmizə səfərə gəlmiş polşalı qonaq Qrzeqorz Telesniçki deyib.

Bakıda ilk dəfə olduğunu deyən Q.Telesniçki şəhəri çox bəyəndiyini bildirib.

Qonaq qeyd edib ki, dünyanın müxtəlif ölkələrində bu cür marafonlarda iştirak edir: “Bakıda da belə marafonun keçirildiyini eşitdim və ailəmlə birgə marafonda iştirak etməyə gəldim. Bu cür marafonlar həm insan sağlamlığı üçün, həm də sağlam həyat tərzini təbliğ etmək üçün çox gözəl vasitədir. Bura gəlməyimdən çox məmnunam”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Polşalı qonaq Məhz marafonda iştirak etmək üçün Bakıya gəlmişəm


RƏYLƏR