Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 11:14
Çeçenistan Prezidenti Ramzan Kadırovun 24 yaşlı qızı Ayşat ölkənin baş nazirinin sosial məsələlər üzrə müavini olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu qərarı Çeçenistan rəhbəri təsdiqləyib. Bu barədə Kadırovun özü "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, Ayşat Kadırovanın bu vəzifəyə təyin edilməsi təklifini hökumətin geniş iclasında Çeçenistan parlamentinin sədri Muslim Xuçiyev irəli sürüb.
"Mən Muslim Xuçiyevin təklifini dəstəklədim. Sözsüzdür ki, Ayşat Kadırova regionun Mədəniyyət Nazirliyinin fəaliyyətinin yaxşılaşdırılmasına böyük töhfə verib və iş təcrübəsi əldə edib", - deyə o bildirib.
Maraqlıdır ki, bu, Ayşat Kadırovanın ilk dövlət vəzifəsi deyil. Bundan əvvəl o, Çeçenistanın mədəniyyət nazirinin müavini olub, sonra isə bu nazirliyə özü rəhbərlik edib.