Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan Ermənistana şok qadağa

Rusiyadan Ermənistana şok qadağa

Tarix: 3 Oktyabr 2023 14:50

Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını gömrükdə növbə gözləyir.

Milli.Az musavat-a istinadən xəbər verir ki, Rusiya tərəfi Ermənistandan gedən konyaklara gömrük nəzarətini həyata keçirir, bəzən məhsulları ekspertizaya göndərir.

Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan "Armenpress"ə müsahibəsində məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, mart-aprel aylarından etibarən Rusiya gömrük xidməti Ermənistandan gətirilən konyaklara gömrük nəzarətini həyata keçirməyə başlayıb:

"Bu, pozuntuların aşkarlanması ilə izah olunur. Bir neçə gün əvvəl nəzarət gücləndirilib. Əgər əvvəllər nəzarət konkret ixracatçı və ya idxalçılara münasibətdə həyata keçirilirdisə, indi Ermənistandan gələn bütün konyak gömrük nəzarətindən keçir".

O bildirib ki, monitorinqin nəticələrinə əsasən məhsulun ekspertizaya göndərilməsi barədə qərar qəbul edilə bilər. Belə ki, mallar ekspertizaya göndərilərkən, cavablar gələnə qədər avtomobillər keçid məntəqəsində gözləməli olurlar.

Akopyanın sözlərinə görə, bu, 1 həftədən 1 aya qədər davam edə bilər.

Milli.Az


Etiketlər:  Rusiyadan Ermənistana şok qadağa


RƏYLƏR