Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan Ermənistana sərt reaksiyalar gəlir

Rusiyadan Ermənistana sərt reaksiyalar gəlir

Tarix: 3 Oktyabr 2023 16:26

Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsinin ratifikasiyası Rusiya prezidenti Vladimir Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiyanın Federasiya Şurasının (yuxarı palata-red.) sədr müavini Yuri Vorobyov bildirib.

"Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası barədə böyük təəssüf hissi ilə xəbər tutdum. Bu qərar liderimiz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir", - deyə Vorobyovun Teleqram kanalında bu sözlər əks olunub.

O qeyd edib ki, erməni deputatlarının qərarı Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri də məhv edir.

"Ancaq əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək", - deyə o yazıb.


Etiketlər:  Rusiyadan Ermənistana sərt reaksiyalar gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ