Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neymara görə maaşımızın azaldılmasına razı idik" - Pike

Tarix: 31 Oktyabr 2019 15:28

"Barselona"nın futbolçusu Jerar Pike PSJ-nin hücumçusu Neymar haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, özü və komanda yoldaşları braziliyalı hücumçunun Kataloniya klubuna qayıtması üçün əllərindən gələni ediblər. Pike Neymar üçün komandanın üzvlərinin hətta maaşlarının azaldılmasına razılıq verdiyini də vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar bu yay La Liqa klubuna qayıtmaq istəsə də, bu reallaşmamışdı.

 


Etiketlər:  Neymara görə maaşımızın azaldılmasına razı idik Pike


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ