Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Kremllə münasibətlərini bitirdi - Politoloq

İrəvan Kremllə münasibətlərini bitirdi - Politoloq

Tarix: 4 Oktyabr 2023 11:02

İndiyədək Ermənistan Rusiya ilə strateji müttəfiq idi. Lakin Ermənistan bu münasibətləri pozmaq üçün lazım olan addımları atıb. KTMT-dən öz nümayəndəsini geri çağırıb, Avrasiya İttifaqı və Gömrük Birliyindən çıxmaq niyyətini ortaya qoyub. Yəni Ermənistan tərəfi və ilk növbədə Nikol Paşinyan Rusiya ilə körpüləri yandırmaqda davam edir.

Bu sözləri axar.az-a politoloq Qabil Hüseynli Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi haqda danışarkən deyib.

Politoloqun zənnincə, bu qərarın qəbulu münasibətlərə nöqtə qoymaq deməkdir:

"Artıq belə görünür ki, nə müttəfiqlik əlaqələri, nə Ermənistan ərazisində hərbi bazaların saxlanılması mümkün olacaq. Üstəlik, Ermənistan Qərbə doğru inteqrasiyadan da əl çəkməyəcək. Ermənistan ABŞ və Avropa Birliyinə sığınır və Moskva ilə əks qütbdə yer alır, bu isə münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq. Moskvada bəziləri "Ermənistanda dövlət çevrilişi apara bilərik" kimi təhdidlər səsləndirir. Bunlar ağlabatan deyil. Ermənistanın özündə də antirusiya əhval-ruhiyyəsi çox güclüdür".

Q.Hüseynli bildirib ki, Ermənistana qarşı müxtəlif tələblər qoysa da, konkret addımlar atmağa Moskvanın cəsarəti çatmayacaq:

"Ya beşinci kolondan, ya da revanşistlərdən və Qarabağ klanının üzvlərindən istifadə edilərək Ermənistanda hansısa qarışıqlıq yaradıla bilər".


Etiketlər:  İrəvan Kremllə münasibətlərini bitirdi Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ