Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənnidən Təhsil Nazirliyinə müraciət - VİDEO

Müğənnidən Təhsil Nazirliyinə müraciət - VİDEO

Tarix: 5 Oktyabr 2023 18:00

Müğənni Elnur Məmmədov Təhsil Nazirliyinə müraciət edib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi rus bölməsində təhsil alan  şagirdlərin kitab çətinliyi çəkdiyini bildirib. Elnur vurğulayıb ki,hazırlanan tarix kitabları Azərbaycan dilindədir:

"Təhsil Nazirliyinə müraciət edirəm: Övladları rus bölməsində oxuyan valideynlər mənə dəstək olarlar. Elə uşaqlar var ki, tam rusdillidir, heç Azərbaycan dilini bilmir. Bacımın övladı altıncı sinifdə oxuyur. Soruşuram ki, dərs necədir? Deyir ki, Azərbaycan tarixi kitabı sırf Azərbaycan dilindədir. Uşağa çox çətindir, oxuya bilmirlər. Azərbaycan tarixi dərsindən qiymətləri aşağıdır. Rus bölməsi üçün çətindir. Biz bizim tarixi bir neçə dildə yaymalıyıq. Bizim üçün önəmlidir. Təhsil Naziriyi Azərbaycan tarixini rus dilində təqdim etsinlər. Hətta uşaq deyir ki, xaricdə yaşayan uşaqlar belə məktəbdən oxuya bilmədikləri üçün çıxıblar".


Etiketlər:  Müğənnidən Təhsil Nazirliyinə müraciət VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ