Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 19:54
Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa siyasi birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan bəyanat imzalayıb. Bura Qarabağ da daxildir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.