Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

150-dən çox insan kran suyundan zəhərləndi

150-dən çox insan kran suyundan zəhərləndi

Tarix: 6 Oktyabr 2023 08:40

Sentyabrın əvvəlində Qaraçay-Çərkəzin (KÇR) Ust-Cequtinski rayonunda 150-dən çox insan, o cümlədən 121 uşaq kran suyundan zəhərlənib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahının Müdafiəsi Sahəsində Nəzarət Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, Ust-Cequtinski rayonunun dörd yaşayış məntəqəsində kəskin bağırsaq infeksiyasının kütləvi xəstəliyi ilə bağlı epidemioloji araşdırma aparılıb. Aparılan epidemioloji araşdırmalar zamanı 151 nəfərdə xəstəliyin səbəb-nəticə əlaqəsi müəyyən edilib, onlardan 126-sı 17 yaşadək uşaqlardır. Zəhərlənmənin mənbəyinin Ust-Cequtinski su təchizatı sistemindən əhaliyə verilən içməli su olduğu müəyyənləşib.


Etiketlər:  dən çox insan kran suyundan zəhərləndi


RƏYLƏR