Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rubl yenidən çökdü: REKORD səviyyədə ucuzlaşma

Rubl yenidən çökdü: REKORD səviyyədə ucuzlaşma

Tarix: 6 Oktyabr 2023 09:00

Moskva valyuta birjasında bu günün son hərracı Rusiya rublunun dollar qarşısında kəskin dəyər itkisi ilə yekunlaşıb.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, hərraclarda 1 dollar 100,55 rubla ticarət olunub. Bu, 2023-cü ildə ilk belə haldır.

Bu gün Valday Klubunun toplantısında sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin hakimiyyətin milli valyutanın zəiflədiyini gördüyünü, Mərkəzi Bank və hökumətin bu problemi həll etmək üçün düzgün addımlar atdığını deyib: "Bəli, bizim problemlərimiz var. Biz bunları görürük: gəlirlərin qaytarılmaması, milli valyutanın zəifləməsi - bunu görürük. Buna həm Mərkəzi Bank, həm də hökumət reaksiya verir. Əminəm ki, atılan addımlar düzgündür, nəticələr var və yaxşı olacaq".

Milli.Az


Etiketlər:  Rubl yenidən çökdü REKORD səviyyədə ucuzlaşma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ