Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 09:20
Qarabağ münaqişəsinin tarixini nə qədər diqqətlə, ətraflı və hərtərəfli öyrənirsənsə, erməni millətçilərinin yalanının miqyasına bir o qədər heyrətlənirsən. Dünya ictimaiyyətinin əhəmiyyətli bir hissəsini aldatmaq - nə qədər pul və səy tələb etdi!
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
"Amma həqiqət yenə də sonda qalib gəldi! 2020-ci il sentyabrın 27-dən 2023-cü ilin oktyabrına qədər baş verənlərin dərin simvolik mənası var: Qorbaçovla manipulyasiya edərək, millətçilik cinini buraxmaqla 35 il əvvəl SSRİ-nin dağılması prosesinə başlayan o qara qüvvələr bu gün ilkin vəziyyətlərinə qayıdıblar - keçmiş Ermənistan SSR sərhədləri daxilinə - Azərbaycanın tərəfində olan tarixi ədalətə uduzmaqla", - o bildirib.