Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 19:10
Konfrans Liqasının qrup mərhələsinin II turunda keçirilən "Alkmar" - "Legiya" oyununda insident baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdən əvvəl stadiona biletsiz daxil olmaq istəyən Varşava klubunun azarkeşləri ilə yerli polis arasında qarşıdurma yaranıb.
Matç başa çatdıqdan sonra arenadan sonda buraxılan "Legiya"nın nümayəndə heyəti bundan narazılıq bildirib. Avtobusa minərkən vəziyyət nəzarətdən çıxıb və Polşa klubunun sahibi Dariuş Mioduski, həmçinin fiziki hazırlıq üzrə məşqçi Mixal Kvietnevski döyülüb. Daha sonra "Legiya"nın iki futbolçusu - yarımmüdafiəçi Josue və müdafiəçi Radovan Pankov yerli polislər tərəfindən saxlanılıb.
Polşa hökuməti vəziyyətə müdaxilə etməyə çalışıb. Lakin saxlanılan futbolçuların Portuqaliya və Serbiya vətəndaşları olması vəziyyəti çətinləşdirir. Polşanın baş naziri Mateuş Moravyeçki "Legiya" futbolçularına qarşı bu cür rəftarın qəbuledilməz olduğunu açıqlayıb.
Qeyd edək ki, oyun "Alkmarın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.