Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 20:16
ABŞ-də 75 minə yaxın tibb işçisi maaşlarının aşağı olması səbəbindən etiraz edərək işdən çıxıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, etirazçıların hamısı təxminən 13 milyon insana xidmət edən "Kaiser Permanente"nin işçiləridir.
Qeyd olunur ki, tətillər xəstəxanaya qəbul və "təcili olmayan prosedurlar"la bağlı problemlər yarada bilər.
Qeyd edək ki, etiraz edənlər əsasən tibb bacıları, xəstə baxıcıları, təcili tibbi yardımın mütəxəssis və texniki işçiləridir. Hələ yaydan onlar minimum əməkhaqqının saatda 25 dollar müəyyən edilməsini və hər il artırılmasını tələb ediblər. Lakin "Kaiser Permanente" rəhbərliyi həkimlərin tələblərinə məhəl qoymayıb.