Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 23:24
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, yığma III turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Millimiz Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qolla fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Qonaqlar ikinci hissənin əvvəlində bərabərlik topunu vurublar. 23-cü dəqiqədə Birjan Orozov hesabı bərabərləşdirib. Bir qədər sonra qonaqlar önə keçiblər. 27-ci dəqiqədə Duqlas Junior adını tabloya yazdırıb. Qazaxıstanlılar 36-cı dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Dauren Tursaqulov qapının boş olmasından məharətlə yararlanıb.
39-cu dəqiqədə Edson komandasının 4-cü qolunu vurub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan millisi doğma meydanda rəqibinə 2:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.