Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2023 14:10
Bakının Xətai rayonunda yerləşən Laçın rayonu, 4 saylı Kamallı kənd orta məktəbi bərbad şəraitdə fəaliyyət göstərir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, məktəbin nə darvazası, nə də gözətçisi var. Ətrafı yaşıllıq olsa da, tulllantı əlindən ayaq basmaq olmur. Yaşı 50-ni ötmüş bu tikilidə ilin-günün bu vaxtında 120 şagird təhsil alır.
Sinif otaqlarından tutmuş balaca dəhlizinə, hətta ayaqyoluna belə nəzər saldıqda, burada azyaşlıların necə təhsil aldığı insanı dəhşətə gətirir.
Məktəbin direktoru Şahmar Məmmədov deyir ki, Kamallı kənd orta məktəbi əvvəlcə Ağcəbədidə olub. 2013-cü ildən isə Bakıya köçürülüb. Məktəbin həyətini dəfələrlə öz vəsaitləri hesabına təmizlədiblər, amma ətrafda yaşayan sakinlər tullantılarını məhz bu əraziyə atırlar.
Məktəb içməli su ilə təmin olunur. Şahmar Məmmədov deyir ki, bu tədris ocağının istilik problemi də yoxdur, sadəcə təmirə ehtiyacı var. Təmirə məsul qurumlar isə hələ gözləyir. Görünür, Kamallı kənd orta məktəbi bu qışı da burda qarşılayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: