Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Son nöqtədən sonra” adlı kitab işıq üzü gördü

“Son nöqtədən sonra” adlı kitab işıq üzü gördü

Tarix: 7 Oktyabr 2023 18:39

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından "Son nöqtədən sonra" adlı kitab işıq üzü görüb.

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından yeni kitab işıq üzü görüb. Filologiya üzrə fəlsəfə doktoru, Gülhüseyn Kazımlının "Məşədi Məhəmməd Fərzəliyev- Son nöqtədən sonra" adlanan kitabı böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyevin İstanbul həyatının tədqiqinə həsr olunub. Qeyd edək ki, əslən Şuşadan olan xanəndə 1929-1962-ci illərdə İstanbulda yaşamış, "Azəri musiqi heyəti" yaradaraq muğam və xalq mahnılarımızı təbliğ edib. Kitabda xanəndəni şəxsən görmüş insanların xatirələri yer alıb. Həmçinin xanəndənin XX əsrin əvvəllərində müxtəlif firmalarda səsini yazdıdığı valların fotoları və kataloqu daxil edilib.

"Azərbaycan Nəşriyyatı"nda çap olunan kitabın redaktoru Amin Namzlı, məsləhətçi Turan İbrahimovdur.

Milli.Az


Etiketlər:  Son nöqtədən sonra adlı kitab işıq üzü gördü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ